Modern.az

Rusiyada virusa yoluxanların sayı ARTDI

Rusiyada virusa yoluxanların sayı ARTDI

Aktual

10 İyul 2022, 10:22

Rusiyada koronavirusun yayılma əmsalı 1,13-ə çatıb ki, bu da ilin əvvəlindən ən yüksək göstəricidir.

 

Modern.az xəbər verir ki, bu statistikanı TASS tərtib edib. Statistika federal operativ qərargahların açıqladığı rəqəmlər əsasında hazırlanıb.

 

Ən az yoluxma əmsalı Krasnodar vilayəti (0,81) və Sverdlov vilayətində (0,99) qeydə alınıb.

 

Ən yuxarı əmsal Peterburq, Samara, Moskva, Rostov şəhərlərində müəyyən edilib. Nijeqorod vilayətində əmsal 1,69-a bərabərdir ki, bu da il ərzində ölkə üzrə ən yüksək göstəricidir.

 

Qeyd edək ki, yayılma əmsalı dedikdə 1 xəstənin neçə nəfəri yoluxdura bilməsi nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı