Fransanın “Pari Sen-Jermen” (PSJ) klubu "Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldo ilə maraqlanır.
Modern.az xəbər verir ki, bu barədə jurnalist Pedro Almeyda öz tviter səhifəsində yazıb.
Qeyd olunub ki, “Pari Sen-Jermen”in futbol müşaviri Luis Kampos mümkün transferlə bağlı futbolçunun agenti Jorj Mendeş ilə əlaqə saxlayıb.
“Mançester Yunayted” ötən mövsüm Premyer Liqanı 6-cı pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Qeyd edək ki, Ronaldo 2021-ci ilin payızında “Mançester Yunayted”ə qayıdıb. Portuqaliyalı ulduz futbolçu 2021/22 mövsümündə "Mançester Yunayted"in heyətində 39 oyun keçirib, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.