Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiyanın 37 300 hərbçisi məhv edilib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin 1641 tankı, 3823 zirehli maşını, 834 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 108 hava hücumundan müdafiə sistemi, 217 təyyarəsi, 188 helikopteri, 676 operativ-taktiki PUA-sı, 155 qanadlı raketi, 15 gəmi/qayıq, 2694 avtomobil və tankeri, eləcə də 66 xüsusi texnikası sıradan çıxarılıb.
Ruslar daha çox Kramatorsk istiqamətində ağır itkilər verib.