Modern.az

“Taliban” razılaşdı - Kabil aeroportu bu ölkəyə verilir

“Taliban” razılaşdı - Kabil aeroportu bu ölkəyə verilir

Aktual

10 İyul 2022, 12:15

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban”ın paytaxt Kabil və ölkənin digər şəhərlərindəki bəzi hava limanlarının idarəçiliyini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) verməsi ilə bağlı razılığa gəlindiyi deyilir.

 

Modern.az xəbər verir ki, barədə danışıqlarda iştirak edən mənbələrə istinadən “Reuters” məlumat verib.

 

Məlumata görə, razılaşmanın yaxın həftələrdə ictimaiyyətə açıqlanacağı gözlənilir.

 

Qətər, Türkiyə və BƏƏ-nin hava limanlarını müştərək təhvil aldığını qeyd edən “Reuters” mənbələrə istinadən tenderin yalnız BƏƏ-yə veriləcəyini qeyd edib. BƏƏ əvvəllər hava limanlarının fəaliyyətində mühüm rol oynayıb.

 

BƏƏ ilə razılaşmaya əsasən, hava limanlarının təhlükəsizliyini öz ərazilərində xarici qüvvələrin olmasını istəməyən “Taliban”ın tələbi ilə əfqanlar üzərinə götürəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı