Türkiyənin Antalya şəhərində mağazadan paltar oğurlamaqda şübhəli bilinən rusiyalı qadın turist axtarılır.
Modern.az xəbər verir ki, oğurluq hadisəsi mağazanın təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Tanışları ilə mağazaya daxil olan turist satıcının diqqətinin yayınmasından istifadə edərək paltarları öz çantasına yığaraq oradan uzaqlaşıb.