Rusiya qoşunları Ukraynanın Donetsk bölgəsindəki Çasiv Yar şəhərində 5 mərtəbəli yaşayış binasına raket zərbəsi endirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko sosial media hesabında açıqlama yayıb.
“Xilasetmə əməliyyatları davam edir. Dağıntılar altından 6 meyit və 5 yaralı çıxardıq”, - o deyib.
Kirilenko biri 9 yaşlı olmaqla ən azı 34 nəfərin hələ də dağıntılar altında ola biləcəyini bildirib.