Modern.az

İran və Rusiya dollardan imtina edir

İran və Rusiya dollardan imtina edir

Aktual

10 İyul 2022, 13:38

Azərbaycana iki qonşu dövlət qarşılıqlı ticarətdə dollardan imtina edəcək.

 

Modern.az xəbər verir ki, İran və Rusiya qarşılıqlı ticarətdə dollar və avro ilə hesablaşmalardan imtina etməyi planlaşdırır.Bu barədə Rusiyada səfərdə olan İran Mərkəzi Bankının rəhbəri Əli Salehabadi jurnalistlərin suallarına cavab verərkən bildirib.

 

Onun sözlərinə görə, Tehran və Moskva tezliklə ticarət əməliyyatlarında milli valyutada hesablaşmalara keçəcəklər.

 

A.Salehabadi əmin olduğunu bildirib ki, həm İran, həm də Rusiya sazişlərin müsbət nəticələrini hiss edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı