Modern.az

Akardan yeni əməliyyat anonsu: İstədiyimiz vaxt...

Akardan yeni əməliyyat anonsu: İstədiyimiz vaxt...

Aktual

10 İyul 2022, 14:24

"Bildirmək istəyirəm ki, Türkiyə istədiyi vaxt Suriyanın şimalında yeni sərhəd əməliyyatına başlayacaq".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

 

"Prezident əməliyyatın bir gecə gözlənilmədən başlayacağını söyləyib. Bu, taktiki və strateji məsələdir, bununla bağlı lazımi məsləhətləşmələr aparılır, lazımi planlar hazırlanıb, müvafiq işlər görülüb”, - nazir bildirib.

 

Akar, həmçinin qeyd edib ki, NATO-nun iyunun 28-30-da keçirilən sammitində Türkiyənin alyansdakı müttəfiqlərindən heç biri onu Suriyadakı əməliyyatın ləğvi və ya təxirə salınmasının zəruriliyinə inandırmağa çalışmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!