Modern.az

Yaponiyada seçki rekordu: minlərlə insan...

Yaponiyada seçki rekordu: minlərlə insan...

Aktual

10 İyul 2022, 15:19

Bu gün Yaponiyada parlamentinin yuxarı palatasına keçirilən seçkilərdə erkən səs verənlərin sayı müvafiq statistikanın aparıldığı bütün dövrlər ərzində ən yüksək həddə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin İnzibati İşlər və Kommunikasiya Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bu dəfə erkən səsvermə hüququndan 19,6 milyondan çox insan istifadə edib, bu isə 2019-cu ilin müvafiq seçkiləri ilə müqayisədə 2,5 milyon nəfər çoxdur.

 

Xatırladaq ki, seçkilər Yaponiyanın sabiq Baş naziri və ölkənin hakim Liberal Demokratik Partiyasının (LDP) ən böyük fraksiyasının rəhbəri Şinzo Abe küçə mitinqi zamanı qətlə yetirildikdən iki gün sonra keçirilir.

 

Müxalifət partiyaları səsverməni təxirə salmağa çağırsalar da, Yaponiyanın Baş naziri Fumio Kişida demokratiyanın zorakılıq qarşısında geri çəkilməyəcəyini bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı