Modern.az

6 il əvvəl ölən kişinin meyiti tapıldı

6 il əvvəl ölən kişinin meyiti tapıldı

Aktual

17 İyul 2022, 09:39

Rusiya paytaxtı Moskva şəhərinin mərkəzində, mənzildə 6 il əvvəl ölən kişinin meyiti tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Moskva şəhərinin hüquq-mühafizə orqanları məlumat yayıb.

 

Cəsəd divanda uzanmış vəziyyətdə olub. İlkin məlumatlara görə, bu adamın ölümü 6 il əvvəl öz mənzilində baş verib.

 

Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

 

Təqaüdçünün kəskin ürək-damar çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı