Modern.az

Ətraf mühiti çirkləndirənlər cəzalandırıldı

Ətraf mühiti çirkləndirənlər cəzalandırıldı

Aktual

17 İyul 2022, 10:43

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildiriblər ki, keçirilən tədbirlər zamanı məişət tullantılarını hara gəldi atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.

 

Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə protokol tərtib edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı