Modern.az

DİN polisin ölümü ilə bağlı MƏLUMAT YAYDI 

DİN polisin ölümü ilə bağlı MƏLUMAT YAYDI 

Aktual

17 İyul 2022, 11:40

Bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Bərdə regional qrupundan Modern.az-a bildirilib ki, hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub.

 

Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

 

Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təcili! ABŞ hücuma keçdi - İrana ağır zərbələr