Modern.az

Sabahın havası - 44 dərəcə isti

Sabahın havası - 44 dərəcə isti

Aktual

17 İyul 2022, 12:18

Sabahın hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlə Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

 

Azərbaycanın rayonlarında yağmursuz hava şəraiti hökm sürəcək. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-41°, bəzi yerlərdə 43-44° isti, dağlarda gecə 10-15° isti, gündüz 28-33° isti olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı