Modern.az

Prezident iti xəstələndiyi üçün Bakıya GƏLMİR

Prezident iti xəstələndiyi üçün Bakıya GƏLMİR

Aktual

17 İyul 2022, 13:51

"Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix”in prezidenti Ançillo Kanepa Bakıya gəlməyəcək.

 

Modern.az qol.az-a istinadən xəbər verir ki, Kanepa itinin əməliyyat olunduğuna görə “Sürix“in səfər matçına gedə bilməyəcək.

 

 

Kanera bununla əlaqədar deyib: “Mən evdə qalacam. İtlərimdən biri belindən əməliyyat olunub. İstəmirəm ki, başqa adam ona günlərlə baxsın. Mən onun yanında olmaq istəyirəm. Ona görə də Bakıya səfər etməyəcəm”.

 

Qeyd edək ki, “Qarabağ" - “Sürix” oyunu iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı