Modern.az

Asiyanın ən böyük aeroportu fəaliyyətə başladı

Asiyanın ən böyük aeroportu fəaliyyətə başladı

Aktual

17 İyul 2022, 14:28

Çinin Hubey vilayətinin Ecou şəhərində Asiyanın ən iri yük aeroportu fəaliyyətə başlayıb.

 

Modern.az xəbər verir ki, Çinin kuryer nəhənglərindən olan “SF Express” şirkətinin sifarişi ilə inşa edilən “Huahu” aeroportunda ilk uçuş iyulun 17-də yerinə yetirilib.

 

Dünyada bu kateqoriyadan 4-cü olan “Huahu” hava limanı Yantszı çayı və Mirvari çayı deltaları da daxil olmaqla, ölkə səviyyəsində 5 şəhər klasterinə 1,5 saat uçuş məsafəsində yerləşir.

 

Hava limanı gündüz Pekin, Şanxay, Şencen, Siamen və Kunmin şəhərlərinə sərnişin, gecə isə yük daşınması üçün istifadə olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...