Modern.az

Serbiyalı nazir Xorvatiya hökumətini faşist adlandırdı

Serbiyalı nazir Xorvatiya hökumətini faşist adlandırdı

Aktual

17 İyul 2022, 16:00

Serbiyada ilə Xorvatiya arasında diplomati qalmaqal yaranıb.

 

Modern.az-ın xəbərinə görə, Serbiyanın baş naziri Ana Brnabiç bildirib ki, xorvatlar Serbiya prezidenti Aleksandr Vuçiçi Yasenovats həbs düşərgəsinin yerindəki xatirə abidəsini ziyarət etmək üçün ölkəyə buraxmayıblar.

 

İkinci Dünya müharibəsi illərində burada minlərlə serb həlak olub.

 

Ana Brnabiç Xorvatiyanın bu qərarının “Avropa dəyərləri və sivilizasiya əleyhinə” olduğunu vurğulayıb.

 

baş verənlərdən sonra Serbiyanın daxili işlər naziri Aleksandr Vulin Xorvatiya hakimiyyətini “faşist” adlandırıb və xorvat diplomatlarına məhdudiyyətlər tətbiq edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı