Modern.az

Latviya-Rusiya sərhədində növbə yarandı

Latviya-Rusiya sərhədində növbə yarandı

Aktual

17 İyul 2022, 18:22

Latviyadan Rusiyaya çıxışda, dövlət sərhədində yük maşınlarının növbəsi yaranıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 1250 yük maşını Rusiyaya daxil olmaq üçün gözləyir.

 

Avtomobillərin 850-si Terexovo sərhəd-keçid məntəqəsində, qalanları isə Qrebnevoda toplaşıb.

 

Qeyd edək ki, maşınların bu sərhəd məntəqələrində gözləmə müddəti artıq altı günə çatır.

 

Bildirilir ki, Ukraynada müharibə başlayandan Rusiya gömrük xidmətləri ilə əlaqə kəsildiyi üçün məlumat mübadiləsinin olmaması ciddi problemlər yaradır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı