Şəkinin Yeni Çələbixan qəsəbəsində sudan götürülən nümunələrin nəticələri açıqlanıb:
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı Modern.az-a bildirib ki, laborator müayinələr zamanı içməli suda problem olmadığı aşkarlanıb:
“Qəsəbə sakinləri Şəki şəhər abonentləri ilə eyni mənbədən su alırlar. Suyun həm fiziki-kimyəvi, həm də mikrobioloji göstəriciləri standartlar çərçivəsindədir".