Modern.az

Təbiətə ziyan vuran şirkətlə bağlı prokurorluğa müraciət olundu

Təbiətə ziyan vuran şirkətlə bağlı prokurorluğa müraciət olundu

Current

21 İyul 2022, 15:34

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nərimanov rayonları, Abşeron rayonu, eləcə də Xaçmaz rayonu ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 29930 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Dövlət Xidmətindən Modern.az bildirilib ki, faktlarla bağlı qanun pozucuları edən “Mənzərə” MTK, Abşeron rayon sakini Ruslan Nizamizadə, Xaçmaz şəhər sakini Telman Şirinbalayev barəsində akt tərtib edilib.

 

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı