İyulun 21-də Bakının “Zirə” futbol klubu UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.
Modern.az xəbər verir ki, Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İsrailin "Makkabi" (Təl-Əviv) klubunu qəbul edib.
“Dalğa Arena”da təşkil olunan matçda “Zirə”nin start heyətində Mehdi Cənnətov, Sərtan Taşkın, İlkin Muradov, Rəhim Sadıxov, Rüstəm Əhmədzadə, Hamidu Keyta, Hacıağa Hacılı, Nemanya Ancelkoviç, Qismət Alıyev, Dmitrios Çantakias və Coşqun Diniyev yer alıblar.
"Makkabi"nin heyətində isə meydana Daniel Perets, Enrix Saborit, Yoris van Overeem, Qavriel Kaniçovski, Brendli Kuvas, Qiaqon Parfait, Şeran Yeyni, Eyal Qolasa, Ofir Davidzada, Andre Geraldes və Corce Yovanoviç çıxıblar.
Görüş “Zirə”nin 0:3 hesablı məğlubiyyətilə başa çatıb. İsrail klubunun heyətində Corce Yovanoviç dubl edib, Qavriel Kaniçovski isə fərqlənib.
Komandalar arasında cavab oyunu 1 həftə sonra İsraildə təşkil olunacaq.