İyulun 21-də Bakının “Neftçi” futbol klubu UEFA Konfrans Liqasının 2022-2023-cü il mövsümündə ilk oyununu keçirib.
Modern.az xəbər verir ki, turnirin ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakı təmsilçisi Kiprdə yerli "Aris" klubunun qonağı olub.
Xorvatiyalı baş hakim İvan Bebekin idarə etdiyi oyunda “Neftçi” 0:2 hesabı ilə məğlub olub. Kipr klubunun qollarını Kaju və Artur Yannik Qomis vurublar.
Komandalar arasında cavab qarşılaşması 1 həftə sonra Bakıda “Bakcell Arena”da keçiriləcək.