Modern.az

Bakıdan Naxçıvana yeni avtobus reysi AÇILIR

Bakıdan Naxçıvana yeni avtobus reysi AÇILIR

Aktual

22 İyul 2022, 09:48

Bu gündən Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysi fəaliyyətə başlayır.

 

Bu barədə Modern.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilib.

 

Avtobus hər gün axşam saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşür və səhər saat 9:00-da Naxçıvan şəhərinə çatır. 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

 

Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Biletləri avtovağzalın kassalarından və //avtovagzal.az/ saytından onlayn qaydada əldə etmək mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı