Modern.az

13 prokurorluq işçisi cəzalandırılıb

13 prokurorluq işçisi cəzalandırılıb

Aktual

22 İyul 2022, 12:00

2022-ci ilin birinci yarımilində 13 prokurorluq işçisi cəzalandırılıb.
 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş Kollegiya iclasında bildirilib.

 

Qeyd edilib ki, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 3 nəfər vəzifədən azad edilib, 9 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.


Qeyd olunub ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 9-u Baş Prokurorluğun İntizam Komissiyasında, 4-ü isə Etik Davranış Komissiyasında baxılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı