Modern.az

Bu il media ilə bağlı 6 cinayət işi  AÇILIB

Bu il media ilə bağlı 6 cinayət işi  AÇILIB

Aktual

22 İyul 2022, 12:44

Hesabat dövründə Baş Prokurorluq tərəfindən aparılan mütəmadi monitorinqlər nəticəsində media və sosial şəbəkə səhifələrində yayılmış məlumatlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 6 cinayət işi başlanıb.

 

Modern.az xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən geniş Kollegiya iclasında Milli Mətbuatın yaradılmasının 147-ci il dönümü münasibətilə media nümayəndələrini təbrik edən Baş prokuror Kamran Əliyev bildirib.

 

"1 məlumat üzrə aidiyyəti struktur qurum tərəfindən məhkəməyə mülki iddia verilib, 2 məlumat üzrə neqativ hallardan çəkindirmək məqsədilə vətəndaşlara prokuror təsiri tədbiri aktı olan xəbərdarlıq elan olunub, 3 məlumat üzrə qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimatlar göndərilib", - deyə K.Əliyev deyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı