Modern.az

Azərbaycan-Türkiyə-Avropa Enerji Qovşağı qurulacaq

Azərbaycan-Türkiyə-Avropa Enerji Qovşağı qurulacaq

Aktual

22 İyul 2022, 13:02

Azərbaycan (Naxçıvan MR)‒Türkiyə‒Avropa Enerji Qovşağı qurulacaq.

 

Modern.az xəbər verir ki, bu, “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb.

 

Sənəddə bildirilib ki, “Azərenerji” ASC 2025-2026-cı ildə 1 ədəd Çevirici (HVDC) yarımstansiyanın tikintisini, 230 km uzunluğunda 400kV-lıq ikidövrəli xəttin çəkilməsini təmin etməlidir. Azərbaycan (Naxçıvan MR)‒Türkiyə‒Avropa Enerji Qovşağı Türkiyə Respublikasına birbaşa enerji ixracı imkanı yaradacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı