Modern.az

Daha 8 yeni peşə məktəbi yaradılacaq

Daha 8 yeni peşə məktəbi yaradılacaq

Aktual

22 İyul 2022, 14:02

Müasir təminatlı və yeni məzmun əsasında əlavə peşə təhsili mərkəzlərinin yaradılması nəzərdə tutulub.

 

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

 

Planın əsas icraçısı Təhsil Nazirliyi, aidiyyəti qurumlar isə İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyidir.

 

2023-2025-ci illərdə ölkədə 8 əlavə peşə təhsili mərkəzinin fəaliyyətə başlaması nəzərədə tutulur. Nəticədə peşə təhsilli şəxslərin əmək bazarında xüsusi çəkisinin artması təmin ediləcək

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı