Modern.az

Cinayət işləri üzrə 106 milyondan çox vəsait ödətdirilib 

Cinayət işləri üzrə 106 milyondan çox vəsait ödətdirilib 

Aktual

22 İyul 2022, 14:38

2022-ci ilin I yarımilində cinayət işləri üzrə 106 milyon 572 min manatın ödətdirilməsi təmin edilib.
 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən Kollegiya iclasına bildirilib.

 

Respublika üzrə ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 137 milyon 408 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 77,6 faizinin, yəni 106 milyon 572 min manat hissəsinin ödənilməsinə nail olunub.


Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 62 milyon 169 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 87,5 faizinin, yəni 54 milyon 405 min manat hissəsinin ödənilməsinə nail olunmuş, 1 milyon  618 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı