Modern.az

Qarabağ publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi TƏSDİQLƏNİB

Qarabağ publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi TƏSDİQLƏNİB

Aktual

22 İyul 2022, 14:46

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

 

Müşahidə Şurasının sədri

 

Emin Hüseynov – Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

 

Müşahidə Şurasının üzvləri

 

Səməd Bəşirli – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

 

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

 

Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı