Modern.az

12 ağır cinayətin üstü illər sonra AÇILIB

12 ağır cinayətin üstü illər sonra AÇILIB

Aktual

22 İyul 2022, 15:02

Əvvəlki illərdən bağlı qalmış 12 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən Kollegiya iclasında bildirilib.


 
2022-ci ilin birinci yarımilində prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 12 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin edilib. 


Onlardan 8-i baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə isə istintaq tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!