Modern.az

Şagirdlərdən fondpulu tələb edən müəllim işdən ÇIXARILDI

Şagirdlərdən fondpulu tələb edən müəllim işdən ÇIXARILDI

Aktual

22 İyul 2022, 17:04

Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı ilə bağlı müvafiq araşdırma aparılıb.

 

İdarədən Modern.az-a bildirilib ki, araşdırma zamanı məktəbin 11 “c” sinfinin sinif rəhbəri şagirdlərindən müxtəlif adlar altında ödəniş tələb etdiyini etiraf edib və işdən azad olunub:

 

“Eyni zamanda pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara görə direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxs barəsində mövcud qanunvericiliyə uyğun tədbir görülməsi qərara alınıb.

 

Bu kimi neqativ hallara qarşı mübarizədə valideynlər tərəfindən verilmiş dəstəyə görə təşəkkürümüzü bildiririk”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı