Modern.az

Son sutkada vurulan vaksinlərin sayı açıqlandı

Son sutkada vurulan vaksinlərin sayı açıqlandı

Aktual

22 İyul 2022, 20:07

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 210 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 417, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 113, üç və daha çox doza vaksin vurduranların sayı 1 416, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 800 702, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 363 408, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 856 833, üç və daha çox doza vaksin vurduranların sayı 3 327 959, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 252 502 təşkil edir.

 

1154315

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı