Modern.az

Azərbaycanın “Tranzit Yol Xəritəsi” tərtib edildi

Azərbaycanın “Tranzit Yol Xəritəsi” tərtib edildi

Aktual

22 İyul 2022, 22:31

Azərbaycanın “Tranzit Yol Xəritəsi” tərtib edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclasında Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid Qərargahın yaradılması haqqında iclasda məlumat verilib.

 

Bildirilib ki, yerli və xarici ekspertlərin araşdırmaları nəticəsində “Tranzit Yol Xəritəsi” tərtib edilib.

 

Bu xəritə Azərbaycanın tranzit potensialını tam açmaq üçün qısa, orta və uzunmüddətli məqsədləri müəyyən edir.

 

İclasda Azərbaycan üzərindən keçən yüklərin axıcılığını təmin etmək üçün dəmir yolu üzrə dinamik tarif siyasəti barədə fikir mübadiləsi aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı