Modern.az

MİQ imtahanları ilə bağlı apellyasiya müraciətlərinə baxılacaq

MİQ imtahanları ilə bağlı apellyasiya müraciətlərinə baxılacaq

Aktual

23 İyul 2022, 13:05

Müəllimlərin işə qəbulu müsabiqəsində informatika, rus dili, coğrafiya, rus dili və ədəbiyyatı fənləri üzrə keçirilmiş test imtahanlarının apellyasiya müraciətləri qəbul olunur.

 


Bu barədə Modern.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

 

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı