Modern.az

Türkiyə ordusu 289 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu 289 terrorçunu zərərsizləşdirib

Aktual

23 İyul 2022, 13:50

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirilən “Pençe-Kilit” əməliyyatı zamanı 289 “PKK”lı terrorçunu zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. 

 

Məlumata görə, əməliyyat çərçivəsində, həmçinin terrorçulara məxsus 330 mağara və sığınacaq məhv edilib.

Xatırladaq ki, “Pençe-Kilit” antiterror əməliyyatı cari il aprelin 17-sində başladılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı