Modern.az

Yoluxanların sayı açıqlandı - 2 nəfər ÖLDÜ

Yoluxanların sayı açıqlandı - 2 nəfər ÖLDÜ

Aktual

23 İyul 2022, 18:35

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 309 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 796 141 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 784 653 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 753 nəfərdir.

 

Ölkədə son sutka ərzində 3026, hazırkı dövrədək isə 7 021 193 test aparılıb.

 

1154429

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı