Modern.az

Meymunçiçəyinə görə fövqəladə vəziyyət ELAN EDİLDİ

Meymunçiçəyinə görə fövqəladə vəziyyət ELAN EDİLDİ

Aktual

23 İyul 2022, 19:51

Dünyada 16 mindən çox şəxs meymunçiçəyi virusuna yoluxub.

 

Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus deyib.

 

Məlumata görə, dünyanın 75 ölkə və ərazisində yoluxma halları qeydə alınıb, beş nəfər ölüb.

 

ÜST rəhbəri səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

 

Qeyd edək ki, iyulun 21-də baş tutan ikinci görüşdə ÜST-ün fövqəladə komitəsi bu məsələ ilə bağlı konsensusa gələ bilməmişdi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı