Modern.az

Yaşayış binasında partlayış: 1 ölü, 7 yaralı

Yaşayış binasında partlayış: 1 ölü, 7 yaralı

Aktual

24 İyul 2022, 09:28

Meksikanın qərbindəki Xalisko ştatının paytaxtı Qvadalaxarada yaşayış binası güclü partlayış nəticəsində dağılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin regional Fövqəladə Hallar İdarəsi tviter səhifəsində məlumat yayıb.

 

Məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb.

 

“Beş binaya və üç avtomobilə ziyan dəyib, yeddi nəfər yaralanıb, bir nəfər ölüb”, – paylaşımda deyilir.

 

Zərərçəkənlər, o cümlədən iki azyaşlı xəstəxanaya aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı