Modern.az

Avropa Çempionatında yarımfinalçılar bəlli oldu

Avropa Çempionatında yarımfinalçılar bəlli oldu

Aktual

24 İyul 2022, 10:40

İngiltərədə qadın futbolçular arasında keçirilən Avropa çempionatında yarımfinalçılar müəyyənləşib.

 

Modern.az xəbər verir ki, cütlərin tərkibi 1/4 final mərhələsinin yekununda bəlli olub.

 

Bu raundda İngiltərə İspaniyaya 2:1, Almaniya Avstriyaya 2:0, İsveç Belçikaya, Fransa isə Niderlanda 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, iyulun 26-da İngiltərə - İsveç, iyulun 27-də isə Almaniya - Fransa qarşılaşması keçiriləcək.

 

Qeyd edək ki, Avropa çempionatının finalı iyulun 31-də Londondakı "Uembli" stadionunda olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı