Modern.az

“Kendal erməni” məhv edildi - FOTO

“Kendal erməni” məhv edildi - FOTO

Aktual

24 İyul 2022, 11:54

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında PKK-YPG terror təşkilatına qarşı daha bir uğurlu əməliyyat keçirib.

 

Modern.az xəbər verir ki, xüsusi antiterror əməliyyatı nəticəsində “Kendal erməni” ləqəbli terrorçu Şahin Tekintanğac məhv edilib.

 

Bildirilir ki, əvvəllər Ağrı, Qars, Van, Bingöl və Bitlis bölgələrində terrorçuluq fəaliyyəti ilə məşğul olan “Kendal erməni”nin yerləşdiyi məkan təsbit edilib və o, MİT tərəfindən dəqiq atəşlə zərərsizləşdirilib.

 

Türkiyəyə qarşı bir sıra ağır terror aktları törədən “Kendal erməni” PKK-YPG terror təşkilatının Kobani üzrə aparıcı şəxslərindən biri olub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı