Gürcüstanın müxalif "Vahid Milli Hərəkat"ın lideri Nika Melianın sözlərinə görə, qarşıda növbəti onilliklərin taleyini müəyyən edəcək bir mübarizə var.
Publika.az xəbər verir ki, bu fikirləri müxalif lider sosial şəbəkədə yazıb.
“Gürcüstan cəmiyyəti bu tarixi mübarizəyə hazırdır, ötən aylarda Avropa ailəsinin üzvü olmağa bu hazırlıq və istəyi bəyan edilib. Məhz ona görədir ki, 'Vahid Milli Hərəkat' gürcü cəmiyyəti hazır olduğu kimi qaçılmaz dəyişikliklərə hazır olsun, bizim də bu mübarizənin avanqardında ləyaqətlə dayana bilək, səfərbər, motivasiyalı və inamla dolu olaq",- deyə o, qeyd edib.
Nika Melia bildirib ki, yaxın vaxtlarda əhali ilə görüşlərə başlayacaqlar.
"Zəfər yoldaşlarımızla hər gün intensiv şəkildə görüşürük. Çox yaxında (avqustda) fəal tərəfdarlarımız və geniş ictimaiyyətlə intensiv görüşlərə başlayacağıq. Biz bir-birimizə və qələbəyə inam verməliyik. Biz mübarizəyə, istənilən çağırışa hazır olmalıyıq və bunun üçün hər şeyi edirik",- deyə müxalif lider vurğulayıb.