Modern.az

TƏBİB qəzaya düşən fəhlələrlə bağlı məlumat YAYDI

TƏBİB qəzaya düşən fəhlələrlə bağlı məlumat YAYDI

Aktual

24 İyul 2022, 12:12

Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib.

 

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, rayonun Qaramusalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan 3 nəfər hazırda Goronboy Rayon Mərkəzi Xəstəxanasında yüngül bədən xəsarətləri ilə müalicəsini davam etdirir. Onların vəziyyətləri qənaətbəxşdir və müalicələri davam etdirilir.

 

Zəruri tibbi yardım göstərilən 21 nəfər ambulator müalicə üçün evə buraxılıblar.

 

Qeyd edək ki, bu gün Goranboyda fəhlələri daşıyan mikroavtobus aşıb. Hadisə rayonun Qaramusalı kəndi ərazisində baş verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı