Modern.az

Ölkənin vaksin mənzərəsi: 2 mindən çox...

Ölkənin vaksin mənzərəsi: 2 mindən çox...

Aktual

24 İyul 2022, 16:38

Azərbaycanda son gündə koronavirus əleyhinə 2 187 vaksin vurulub.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

 

Gün ərzində birinci doza vaksinlərin sayı 448, ikinci doza vaksinlərin sayı 106 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 361-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 272 olub.

 

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 805 231 təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı