Pakistanda musson yağışlarının yaratdığı sel fəlakətində həyatını itirənlərin sayı 312-yə yüksəlib.
Modern.az xəbər verir ki, təbiət hadisəsi nəticəsində 4100 evə ziyan dəyib. Bundan əlavə, 706 baş iribuynuzlu heyvan tələf olub, 9 körpü və 4 yol su altında qalıb.
Pakistan Meteorologiya Departamenti yaxın günlərdə ölkədə daha çox yağış yağacağını proqnozlaşdırarkən, səlahiyyətlilər xalqı yeni daşqın ehtimalına hazır olmağa çağırıblar.