Modern.az

Ukraynada öldürülən uşaqların yeni SAYI

Ukraynada öldürülən uşaqların yeni SAYI

Aktual

24 İyul 2022, 18:00

Rusiya Federasiyasının Ukraynaya qarşı bir neçə aydır davam edən müharibəsi nəticəsində 358 uşaq həlak olub, 684 azyaşlı yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

 

“2022-ci il iyulun 24-nə olan məlumata görə, Rusiyanın təcavüzü nəticəsində öldürülən uşaqların rəsmi sayı gün ərzində dəyişməyib – 358 nəfər, yaralananların sayı artıb – 684 nəfərdən çox”, – rəsmi açıqlamada deyilir.

 

Qeyd olunub ki, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzünün beş ayı ərzində Ukraynada 1042 nəfərdən çox uşaq zərər çəkib. Ən çox Donetsk vilayətində – 361 nəfər, Xarkovda – 194 nəfər, Kiyevdə – 116 nəfər, Çerniqovda – 68 nəfər, Luqanskda – 61, Nikolayevdə – 54, Xersonda – 54, Zaporojyedə – 40 uşaq zərər çəkib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı