Modern.az

Soçidə fövqəladə vəziyyət elan edildi

Soçidə fövqəladə vəziyyət elan edildi

Aktual

24 İyul 2022, 18:51

Soçi şəhərinin rəhbərliyi bazar gününə keçə gecə şəhərdə baş verən güclü leysan yağışlarından sonra fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Soçinin rəhbəri Aleksey Kopayqorodski öz “Telegram” kanalında məlumat verib.

 

O bildirib ki, son üç gündə baş verən təbii fəlakətlər şəhərin bütün ərazilərində dağıntılara səbəb olub.

 

Vəziyyətin çox ciddi olduğunu deyən şəhər başçısı Soçinin müasir tarixində belə miqyasda insident baş vermədiyini qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!