Modern.az

Ağalıya köçün ikinci mərhələsi nə vaxt başlayacaq? - RƏSMİ

Ağalıya köçün ikinci mərhələsi nə vaxt başlayacaq? - RƏSMİ

Aktual

25 İyul 2022, 09:03

Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. Belə ki, bu gün Ağalıya dördüncü köç karvanı yola salınıb. Daha 10 ailə - 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaq.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Zəngilan Rayon İcra Hakimiyyətinin Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi İlqar Mönsümov deyib.

 

O, hazırda Ağalı kəndində insanların yaşaması üçün hər bir şərait yaradıldığını bildirib.

 

"Avqustun əvvəlindən Ağalı kəndinə insanların köçürülməsinin ikinci mərhələsi başlayacaq",- deyə İ. Mönsümov qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı