Modern.az

Balakəndə kişi sevgilisinin boğazını kəsib - YENİLƏNİB

Balakəndə kişi sevgilisinin boğazını kəsib - YENİLƏNİB

Aktual

27 İyul 2022, 13:24

Balakəndə kişi birgə yaşadığı qadına ağır xəsarət yetirib.

 

Modern.az-ın məlumatına görə, Balakən rayonunun Qazma kənd sakini Elton Layıcov qeyri-rəsmi nikahda yaşadığı rayon sakini, 2001-ci il təvəllüdlü Abdurahmanova Emilya Məzahir qızının boğaz nahiyəsini kəsib.

 

Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Elton Layıcov saxlanılıb. Faktla bağlı Balakən Rayon polis Şöbəsində araşdırma aparılır.

 

***

Balakəndə kişi qadının boğazını kəsib.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə günorta saatlarında Balakən şəhərində baş verib.

 

Xəsarət alan qadın Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılıb və cərrahiyyə əməliyyatına götürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı