Modern.az

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

Aktual

27 İyul 2022, 13:20

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi bu gün San-Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirəcək.

 

Modern.az xəbər verir ki, C divizionunda yer alan yığmamız B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gələcək.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

 

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda “Lüksemburq”a 75:71, ikinci görüşündə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...