Modern.az

Nazir şagirdlərin intiharına münasibət bildirdi

Nazir şagirdlərin intiharına münasibət bildirdi

Aktual

27 İyul 2022, 13:28

Hər bir şagirdin, uşağın ölümü, intiharı faciədir.

 

Modern.az-ın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev qəbul imtahanlarında bal toplaya bilmədiyi üçün intihar edən abituriyentlərlə bağlı məsələyə münasibət bildirərkən deyib.

 

Nazir deyib ki, bu, hər zaman aşağı bal yığmış şagirdlər arasında qeydə alınmır:


"Təhsilin bütün mahiyyəti şagirddir. Bu mənada istər valideynlər, istərsə də müəllimlər başa düşməlidir ki, həyatın mənası ali təhsil müəssisəsinə qəbul deyil. Birmənalı olaraq uşaqlara qarşı qısnama qəbuledilməzdir. Hər bir adamın öz övladına dəstək olması onun valideyn borcudur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı