Modern.az

Rusiya 47 min qırğızı “qara siyahı”dan çıxaracaq

Rusiya 47 min qırğızı “qara siyahı”dan çıxaracaq

Aktual

27 İyul 2022, 13:36

Rusiyanın hakimiyyət orqanları ölkəyə girişi qadağan edilən 47 min Qırğızıstan vətəndaşını "qara siyahı"dan çıxaracaq.

 

Modern.az xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev bildirib.

 

Onun sözlərinə görə, Rusiya Qırğızıstanın 47 min vətəndaşına miqrasiya amnistiyası tətbiq etmək qərarına gəlib. Belə ki, miqrasiya amnistiyası iki ölkənin prezidentləri və hökumətləri səviyyəsində əldə edilən razılaşmalar sayəsində mümkün olub.

 

Bundan baxmayaraq, miqrasiya amnistiyasının tətbiqindən sonra daha 35 min Qırğızıstan vətəndaşı Rusiyanın "qara siyahısı"nda qalacaq. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı